Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” XX əsrin faciəsi  Xocalı soyqırımı” başlığı altında söhbət keçirilib

25.02.2022

25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6 saylı Gənclər Kitabxana filialı 1 saylı tam orta məktəbdə  26 fevral Xocalı soyqırımı günü ilə bağlı " XX əsrin faciəsi  Xocalı soyqırımı" başlığı altında söhbət keçirdi.
Tədbirdə İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagird və müəllim  kollektivi iştirak  edirdilər.
Tədbir Xocalıda və II Qarabağ müharibəsində həlak  olmuş şəhidlərimizin  xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.  Kitabxananın böyük kitabxanaçısı  Xəyalə İsmayılova  Xocalı faciəsi ilə bağlı məlumat  verərək bildirdi ki , illər ərzində düşmənlərimiz  xalqımıza qarşı nə qədər faciələr törətmiş olsalar da bu faciə qədər ağır  qətliam törətməmişdilər. Tədbirdə məktəbin şagirdləri Xocalıya həsr olunmuş şerlər söylədilər. Sonda uşaqların əl işlərindən ibarət  Xocalı faciəsini əks etdirən  sərgi ilə tanıs oldular.

 

76.9 KB

 

76.7 KB